Xaçmazda gənc oğlan özünü bıçaqlayıb

Xaçmazda gənc oğlan özünü bıçaqlayıb Xaçmaz rayonunda 28 yaşlı gənc özünü bıçaqlayıb.
Hadisə
31 Mart , 2022 23:00
Xaçmazda gənc oğlan özünü bıçaqlayıb

Xaçmaz rayonunda 28 yaşlı gənc özünü bıçaqlayıb.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə rayonun Palçıqoba kəndində qeydə alınıb.

Beləki, 1994-cü il təvəllüdlü Elbrus Kamil oğlu Məlikov bıçaq xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Yaralıya qarının ön divarının deşilmiş-kəsilmiş, daxilə keçən yarası diaqnozu qoyulub.

E.Məlikov izahatında bildirib ki, özü-özünü bıçaqlayıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi