Xaçmazda gəlinini öldürən şəxsin məhkəmə istintaqı başa çatıb

Xaçmazda gəlinini öldürən şəxsin məhkəmə istintaqı başa çatıb 9 yaşlı şahidin təzyiqə qaldığı iddia olunub
Hadisə
1230
8 Dekabr , 2016 12:08
Xaçmazda gəlinini öldürən şəxsin məhkəmə istintaqı başa çatıb

Bakı. 8 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Məlikməmməd Adıgözəlovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

"Report"un məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət itthamçısı vəsatətlə çıxış edib.

Prokuror ötən iclasda şahid qismində dindirilən 9 yaşlı Murad Adıgözəlovun ifadəsi ilə istintaqada verdiyi ifadəsi arasında ziddiyətlətlərin olduğunu bildirib. O, istintaqın yenilənməsini istəyib: "Murad istintaq dövründə müstəntiq tərəfindən təziqlərə məruz qalıb".

Vəsatət təmin edilib. M.Adıgözəlovun yenidən məhkəmədə ifadə verməsi barədə qərar çıxarılıb.

Məhkəmədə orta məktəb müəllimi dövlət ittihamçısının suallarını cavablandırıb. O, istintaq dövründə M.Adıgözəlovun müstəntiq tərəfindən təzyiqlərə qalmadığını söyləyib: "Mən həmin zaman orada idim".

Daha sonra məhkəmə istintaqaının tamamlanması elan edilib.

Məhkəmənin növbəti iclası dekabrın 15-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin iyul ayında Xaçmaz rayonun Uzunoba kəndində baş verib. Kənd sakini, 1954-cü il təvəllüdlü M.Adıgözəlov keçmiş gəlini, 1984-cü il təvəllüdlü Rəmziyyə Əbdürrəhmanovanı yaba ilə çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib. Hadisəni törədən M.Adıgözəlov saxlanılıb.

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ittiham olunur.

Son xəbərlər

Orphus sistemi