Yuxarı
    Bağlamaq

    Xaçmazda gəlinini öldürən şəxs 16 il müddətinə azadlıqdan məhrum olunub

    Qətlə yetirilən şəxsin hüquqi varisi isə təqsirləndirilən şəxsə ömürlük həbs cəzasının verilməsini tələb edib

    Bakı. 15 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Məlikməmməd Adıgözəlovun cinayət işi üzrə məhkəməsinin sonuncu iclası keçirilib.

    "Report"un məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət itthamçısı çıxış edib.

    Prokuror çıxışında M.Adıgözəlovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Qətlə yetirilən şəxsin hüquqi varisi isə təqsirləndirilən şəxsə ömürlük həbs cəzasının verilməsini tələb edib.

    Məhkəmənin hökmü ilə M.Adıgözəlov 16 il müddətinə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, hadisə bu ilin iyul ayında Xaçmaz rayonunun Uzunoba kəndində baş verib. Kənd sakini, 1954-cü il təvəllüdlü M.Adıgözəlov keçmiş gəlini, 1984-cü il təvəllüdlü Rəmziyyə Əbdürrəhmanovanı yaba ilə çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib. Hadisəni törədən M.Adıgözəlov saxlanılıb.

    O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ittiham olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi