Xaçmaz rayonunda fərdi yaşayış evində yanğın baş verib.
“Report”un Şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Sudur kəndində, Əli Hacıyevə məxsus iki mərtəbəli evdə qeydə alınıb.
Hadisə yerinə
Yanğın nəticəsində xəsarət alan olmasa da, iki mərtəbəli ev tamamilə yanıb.
İlkin məlumata görə, hadisəyə səbəb odun bacasının tutulması göstərilir. Faktla bağlı araşdırma aparılır.