Xaçmazda evlərdən 7 min manatlıq oğurluq edildi

Xaçmazda evlərdən 7 min manatlıq oğurluq edildi Xaçmazda bir neçə evdə oğurluq hadisəsi baş verib.
Hadisə
27 avqust 2020 08:23
Xaçmazda evlərdən 7 min manatlıq oğurluq edildi

Xaçmazda bir neçə evdə oğurluq hadisəsi baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki 3 evdən ümumilikdə 889 manat pul, 6 100 manat dəyərində qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş T.Süleymanov saxlanılıb.

Son xəbərlər

Orphus sistemi