Xaçmazda evə basqın edərək qadından pul və qızıl tələb edən şəxslər tutulublar

Xaçmazda evə basqın edərək qadından pul və qızıl tələb edən şəxslər tutulublar Onlar törətdikləri əməllləri etriaf ediblər
Hadisə
8 İyun , 2017 15:01
Xaçmazda evə basqın edərək qadından pul və qızıl tələb edən şəxslər tutulublar

Xaçmaz. 8 iyun. REPORT.AZ/ Xaçmaz rayonunda evə basqın edərək qadından pul və qızıl tələb edən şəxslər tutulublar.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə rayonun Hülövlu kəndində baş verib.

Belə ki, həmin kəndin sakini Məsumə Qasımova mətbəxdə olarkən naməlum şəxslər onun evinə girib və qadının boğazına bıçaq dirəyərək ondan pul və qızıl-zinət əşyaları tələb ediblər. Qadının qışqırdığını və qonşuları köməyə səslədiyini görən oğrular masanın üstündəki mobil telefonu götürərək oradan uzaqlaşıblar.

Baş verən hadisə ilə bağlı Xaçmaz Rayon Polis Şöbəsinə (RPŞ) məlumat verilib. 

Ev sahibəsinin istintaqa verdiyi ilkin ifadəsindən aydın olub ki, hadisəni törədən şəxs tanınmaması üçün ağzını ağ mələfəylə bağlayıb, başına idman papağı keçirib. Lakin qadın hadisəni törədənlərin bəzi əlamətlərini yadında saxlayıb.

Dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Polis evin ətrafını diqqətlə nəzərdən keçiriblər. Yaxınlıqdakı əkin sahəsinin kənarındakı yarımtikilidə yeni çəkilmiş siqaret kötükləri və iki ədəd boş şirə şüşəsi aşkarlanıb. Onlar lazımi qaydada qablaşdırılıb digər dəlillərlə birlikdə ekspertizaya göndərilib.

Keçirilən tədbirlər zamanı  hadisəni törətməkdə şübhəli bilinən iki nəfər -  Vüqar Sadıqov və Taleh Cavadov saxlanılıb. Onlar törətdikləri əməllləri etriaf ediblər. 

Saxlanılan şəxslər bildiriblər ki, həbsdən çıxandan sonra heç bir faydalı işlə məşğul olmayıblar. Onlar qabaqcadan əlbir olaraq rayon ərazisində iki evdən və iki mağazadan oğurluq ediblər. Sonra isə polisin hər yerdə onları axtardığının xəbərini alıblar. Bir müddət gizlənmək məqsədi ilə Hülövlü kəndini seçiblər. Bir neçə gün kimsənin diqqətini çəkməyən yarımtikilidə yaşayıb, ərzaq və pul qurtarandan sonra yenidən hərəkətə keçiblər.

Son xəbərlər

Orphus sistemi