Xaçmazda evdən oğurluq edən şəxs saxlanılıb

Xaçmazda evdən oğurluq edən şəxs saxlanılıb Oğurlanan əşyaların bir qismi maddi sübut kimi götürülüb
Hadisə
5 Fevral , 2019 16:56
Xaçmazda evdən oğurluq edən şəxs saxlanılıb

Xaçmaz. 5 fevral. REPORT.AZ/ Xaçmaz rayonundan evdən oğurluq edən şəxs saxlanılıb. 

Bu bardə "Report"a DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib.

Məlumatda bildirilib ki, Xaçmaz şəhər sakini olan qadın rayon Polis şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus fərdi yaşayış evindən təmir-tikinti aləti, su mühərriki və məişət əşyalarının oğurlandığı barədə məlumat verib.

Faktla bağlı Xaçmaz RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli 22 yaşlı Samir Həsənov saxlanılıb. Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edərək zərərçəkmişə məxsus evin birinci mərtəbəsində yerləşən saxlanc yerinə şüşəni sındırma yolu ilə qanunsuz daxil olduğunu, oradan bir ədəd monitor, bir ədəd elektrik təsərrüfat mişarı və su nasosu, bir ədəd video müşahidə kamerası, bir ədəd peyk antena, bir ədəd tonometr (təzyiq ölçən) və fanendaskop (ürək döyüntülərini müəyyən edən cihaz) oğurladığını bildirib.

Oğurlanan əşyaların bir qismi maddi sübut kimi polis əməkdaşları tərəfindən götürülüb.

Faktla bağlı Xaçmaz RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi