Xəzərdə çimərkən boğulmuş qadının cəsədi tapılıb

Xəzərdə çimərkən boğulmuş qadının cəsədi tapılıb 1993-cü il təvəllüdlü Oksana Əliyevanın cəsədi sudan çıxarılıb
Hadisə
13 Avqust , 2017 13:50
Xəzərdə çimərkən boğulmuş qadının cəsədi tapılıb

Bakı. 13 avqust. REPORT.AZ/ Xaçmazda dənizdə çimərkən batan qadının cəsədi tapılıb.

“Report” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Məlumatda bildirilir ki, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Xaçmaz rayonu, Nabran kəndində 1 nəfərin dənizdə çimərkən batması barədə məlumat daxil olub. Dərhal Xidmətin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq, 1993-cü il təvəllüdlü Əliyeva Oksananın cəsədini taparaq sudan çıxarıblar və aidiyyəti üzrə təhvil veriblər. 

Əməliyyat saat 12:50-də başa çatıb.

Son xəbərlər

Orphus sistemi