Xaçmazda avtomobillər toqquşub, qadın xəsarət alıb

Xaçmazda avtomobillər toqquşub, qadın xəsarət alıb Xaçmaz rayonunda yol qəzası olub.
Hadisə
29 İyul , 2021 16:49
Xaçmazda avtomobillər toqquşub, qadın xəsarət alıb
0 : 00
0 : 00

Xaçmaz rayonunda yol qəzası olub.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Şabran-Xaçmaz yolunun Çarxı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, həmin ərazidə iki avtomobil toqquşub. Nəticədə Şabran şəhərində yaşayan, 1990-cı il təvəllüdlü Səccarə Akif qızı Balabəyova xəsarət alıb.

Yaralı Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, hazırda ona ilkin tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi