Xaçmazda avtomobillə sərxoş vəziyyətdə vurulan piyada ölüb

Xaçmazda avtomobillə sərxoş vəziyyətdə vurulan piyada ölüb Xaçmazda ölümlə nəticələnən yol qəzası baş verib.
Hadisə
24 Oktyabr , 2019 09:51
Xaçmazda avtomobillə sərxoş vəziyyətdə vurulan piyada ölüb

Xaçmazda ölümlə nəticələnən yol qəzası baş verib.

"Report"un xəbərinə görə, hadisə oktyabrın 22-də rayonun Bakı prospektində qeydə alınıb.

Belə ki, rayon sakini Vahid Nağıyev idarə etdiyi "Mercedes-Benz C 230" markalı avtomobillə yolu keçmək istəyən həmyerlisi Gülməhəmməd Ərzimanovu vurub. Piyada aldığı xəsarət nəticəsində ölüb. 

Araşdırma zamanı məlum olub ki, G.Ərzimanov sərxoş olub.

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi