Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un yerli bürosu xəbər verir ki, Xaçmaz şəhəri ərazisində İnqilab Cəlil oğlu Ağayev idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən Qaraçı kənd sakini Şamil Vəliməmməd oğlu Məmmədəliyevi vurub.
Piyada xəsarətlə xəstəxanaya yerləşdirilib.
Xaçmaz Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.