Xaçmazda avtomobil qadını vuraraq öldürüb

Xaçmazda avtomobil qadını vuraraq öldürüb Xaçmazda qadının ölümü ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
3 Yanvar , 2020 11:57
Xaçmazda avtomobil qadını vuraraq öldürüb

Xaçmazda qadının ölümü ilə nəticələnən yol qəzası baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, yanvarın 2-də saat 17 radələrində Xaçmaz rayonunun Çarxı kəndi ərazisində şəhər sakini F.Səfərəliyev idarə etdiyi “Volkswagen” markalı avtomobillə yolu keçən kənd sakini Zenfira Əliyevanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

Xaçmaz Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi