Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb - YENİLƏNİB

Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb - YENİLƏNİB Faktla bağlı araşdırma aparılır
Hadisə
9 Dekabr , 2018 20:16
Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb - YENİLƏNİB

Xaçmaz. 9 dekabr. REPORT.AZ/ Xaçmaz rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal bürosunun məlumatına görə, axşam saatlarında "Hyundai Sonata" markalı minik avtomobili Çinartala kəndi ərazisi ilə hərəkətdə olarkən Poladov Alım Absəttər oğlunu vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.



*** 19:48

Xaçmaz. 9 dekabr. REPORT.AZ/ Xaçmaz rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadfisəsi baş verib.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə rayonun Çinartala kəndi ərazisində baş verib.

Belə ki, "Hyundai" markalı avtomobil yolu keçmək istəyən orta yaşlı kişini vurub. Ağır bədən xəsarətləri alan piyada hadisə yerində ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb edilib. 

Bundan əvvəl Şirvanda avtomobil piyadanı vuraraq hadisə yerindən qaçıb.

Son xəbərlər

Orphus sistemi