Xaçmazda avtomobil piyadanı vuraraq öldürdü

Xaçmazda avtomobil piyadanı vuraraq öldürdü Xaçmaz rayonunda ölümlə nəticələn yol qəzası baş verib.
Hadisə
15 İyul , 2020 13:08
Xaçmazda avtomobil piyadanı vuraraq öldürdü

Xaçmaz rayonunda ölümlə nəticələn yol qəzası baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, iyulun 14-ü saat 22 radələrində Xaçmaz rayonunun Həsənqala kəndi ərazisində şəhər sakini Ə.Fərzalıyev idarə etdiyi “VAZ-21093” markalı avtomobillə yolu keçən Qusarçay kənd sakini Çingiz Hacıyevi vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi