Xaçmazda avtomobillə vurulan piyada xəstəxanada ölüb

Xaçmazda avtomobillə vurulan piyada xəstəxanada ölüb Xaçmaz rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
19 Dekabr , 2021 22:03
Xaçmazda avtomobillə vurulan piyada xəstəxanada ölüb

Xaçmaz rayonunda avtomobilin vurduğu 1976-cı il təvəllüdlü Səlimov Ülfət Rafiq oğlu xəstəxanaya çatdırılsa da vəfat edib.

“Report”un Şimal bürosunun məlumatına görə, həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Bildirilib ki, Ü.Səlimovun xəsarətləri ağır olub və çoxlu qan itirib.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

19:51

Xaçmaz rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Şimal bürosunun məlumatına görə, hadisə şəhərin Bakı prospekti, Cənlibel parkının yanında qeydə alınıb.

Belə ki, Xaçmaz şəhər sakini, 1976-cı il təvəllüdlü Səlimov Ülfət Rafiq oğlunu içərisində su olan qabları avtomobilinə qoymaq istəyən zaman digər nəqliyyat vasitəsi vurub.

Xəsarət alan Ü.Səlimov Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə blokuna yerləşdirilib, vəziyyəti orta ağırdır.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi