Xaçmazda avtomobil oğurlanıb

Xaçmazda avtomobil oğurlanıb Maşın Abşeron rayonu ərazisində tapılıb
Hadisə
119
20 Noyabr , 2016 12:56
Xaçmazda avtomobil oğurlanıb

Xaçmaz. 20 noyabr. REPORT.AZ/ Xaçmaz şəhərində avtomobil oğurluğu hadisəsi baş verib.

“Report”un Şimal bürosu xəbər verir ki, şəhərin Bakı prospektində rayonun Qusarçay kənd sakini Gündüz Fərhadovun etibarnamə əsasında idarə etdiyi “VAZ 21-10” markalı avtomobili qaçırılıb.

Hadisənin kim tərəfindən törədildiyindən xəbərsiz olan sürücü bu barədə polisə məlumat verib. Xaçmaz Polis şöbəsi əməliyyatçılarının axtarış tədbirləri nəticəsində avtomobilin Siyəzən şəhər sakini, 32 yaşlı Əzizağa Nadirov tərəfindən qaçırıldığı müəyyən edilib. Gündüz Fərhadova məxsus avtomobil isə bir neçə saatdan sonra Abşeron rayonu ərazisində atılmış halda tapılıb.

Hazırda hadisəni törədən şəxs axtarışdadır.

Son xəbərlər

Orphus sistemi