Xaçmazda qəzada ölən sürücünün şəxsiyyəti məlum olub - YENİLƏNİB

Xaçmazda qəzada ölən sürücünün şəxsiyyəti məlum olub - YENİLƏNİB Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
18 Oktyabr , 2016 11:18
Xaçmazda qəzada ölən sürücünün şəxsiyyəti məlum olub - YENİLƏNİB

Xaçmaz. 18 oktyabr. REPORT.AZ/ Xaçmaz rayonunda baş verən qəzada ölən şəxsin kimliyi məlum olub.

"Report"un Şimal bürosunun məlumatına görə, bu, rayonun Keymərət kənd sakini 1969-cu il təvəllüdlü Əzizov Rəsul Yunus oğludur. 

*** saat 10:10

Xaçmaz. 18 oktyabr. REPORT.AZ/ Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə Xaçmaz-Quba avtomobil yolunda, rayonun Ağyazı Buduq kəndi ərazisində qeydə alınıb.

Belə ki, "VAZ-2106" markalı avtomobil  hərətkətdə olan zaman sürücü idarəetməni itirib və yolun kənarına aşıb. Bir neçə  dəfə çevrilən avtomobilin hələlik şəxsiyyəti məlum olmayan sürücüsü hadisə yerində ölüb.
Hadisə yerinə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının (RMX) təcili tibbi yardım maşını gəlib. Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə aparılıb.

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsi tərəfindən araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi