Xaçmazda arvadını amansızlıqla öldürən şəxsin məhkəməsi başlayır

Xaçmazda arvadını amansızlıqla öldürən şəxsin məhkəməsi başlayır Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilən cinayət işi hakim Eldar İsmayılovun icraatına verilib
Hadisə
20 Fevral , 2021 09:03
Xaçmazda arvadını amansızlıqla öldürən şəxsin məhkəməsi başlayır
Report

Xaçmaz rayonunda arvadını qətlə yetirməkdə təqsirləndirilən Rəşad Rəşidov barəsində cinayət işinin ibtidai istintaqı başa çatıb.

"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilən cinayət işi hakim Eldar İsmayılovun icraatına verilib.

Qeyd edək ki, hadisə ötən il avqustun 10-u saat 14 radələrində Xaçmaz rayonu ərazisində Raisa Rəşidovanın aldığı bədən xəsarətləri nəticəsində xəstəxanada ölməsi barədə məlumat daxil olub.

Xaçmaz Rayon Prokurorluğunda aparılan istintaqla hadisənin zərərçəkmişin əri Rəşad Rəşidov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Rəşad Rəşidova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adamöldürmə) maddəsi ilə ittiham verilib.

Son xəbərlər

Orphus sistemi