Yuxarı
    Bağlamaq

    Xaçmazda iki avtomobil toqquşub, sürücü ölüb - FOTO

    İki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb

    Bakı. 13 oktyabr. REPORT.AZ/ Bu gün Xaçmaz rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

    "Report" xəbər verir ki, Xaçmaz-Xudat avtomobil yolunun 38 km-də, Palçıqoba kəndinin ərazisindən keçən hissədə 27-BG-892 dövlət nömrə nişanlı "VAZ-21011" markalı avtomobillə 27-BC-850 dövlət nömrə nişanlı "VAZ 2101" markalı minik avtomobili toqquşub.

    Qəza nəticəsində ağır bədən xəsarətləri alan "VAZ-21011" avtomobilinin sürücüsü, Xacmaz rayonunun Uzunoba kənd sakini Cəlal Buxsay oğlu Ağayev xəstəxanaya çatdırılsa da, orada dünyasını dəyişib.

    Hadisə nəticəsində daha 2 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi