Qubada 8 yaşlı uşağı avtomobil vurub

Qubada 8 yaşlı uşağı avtomobil vurub Quba rayonunda 8 yaşlı uşağı avtomobil vurub.
Hadisə
15 Avqust , 2019 18:00
Qubada 8 yaşlı uşağı avtomobil vurub

Quba rayonunda 8 yaşlı uşağı avtomobil vurub.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz rayon sakini, 2011-ci il təvəllüdlü Hüseyn Tehran oğlu Eyvazovu Quba şəhəri H.Əliyev prospektində avtomobil vurub. 

Müxtəlif dərəcəli bədən xəsarətləri alan H.Eyvazovu avtomobilin sürücüsü Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Xəstəxanada yaralıya ilkin tibbi yardım göstərilib. Yaralıya, sağ baldır nahiyəsinin geniş həcmli əzilmiş-cırılmış yarası, sifətin sağ nahiyəsinin əzilmiş-sıyrılmış yaraları diaqnozu qoyulub, travmatologiya şöbəsində stasionar müalicəyə cəlb edilib. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi