Xaçmazda 4 uşaq anası intihar edib

Xaçmazda 4 uşaq anası intihar edib O, özünü yaşadığı evdə asıb
Hadisə
6 İyul , 2017 10:23
Xaçmazda 4 uşaq anası intihar edib

Bakı. 6 iyul. REPORT.AZ/ Xaçmazda intihar hadisəsi baş verib.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, iyulun 5-də axşam saat 22 radələrində rayonun Xanlıqoba kəndində 41 yaşlı Natəvan Ramazan qızı Qurbanova intihar edib.

Belə ki, o, özünü yaşadığı evdə asıb.

N.Qurbanova 4 uşaq anası olub. Onun meyitini qızları tapıb. 

İntiharın səbəbi məlum deyil.

Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsində ekspertiza olunub.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Son xəbərlər

Orphus sistemi