Xaçmazda 37 yaşlı sürücü qəza törədərək xəsarət alıb

Xaçmazda 37 yaşlı sürücü qəza törədərək xəsarət alıb Xaçmaz rayonunda xəsarətlə nəticələnən yol qəzası olub.
Hadisə
26 İyul , 2021 23:50
Xaçmazda 37 yaşlı sürücü qəza törədərək xəsarət alıb

Xaçmaz rayonunda xəsarətlə nəticələnən yol qəzası olub.

“Report”un Şimal bürosunun məlumatına görə, hadisə şəhərin Qələbə küçəsində qeydə alınıb.

Belə ki, sürücü, 1984-cü il təvəllüdlü Ruslan Adil oğlu Qubatov motosikletə idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

Hadisə zamanı müxtəlif xəsarətlər alan sürücü Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi