Xaçmazda 23 yaşlı gənc dənizdə batıb

Xaçmazda 23 yaşlı gənc dənizdə batıb Xaçmazda 23 yaşlı gənc dənizdə batıb.
Hadisə
1 İyul , 2022 23:04
Xaçmazda 23 yaşlı gənc dənizdə batıb

Xaçmazda dənizdə batan şəxsin meyiti tapılıb.

"Report"un Şimal bürosunun məlumatına görə, Niyazoba kəndində dənizdə batan 1999-cu il təvəllüdlü Aydəmirov Famil Habil oğlunun meyiti rayon ərazisindəki çimərlikdən tapılıb.

F.Aydəmirovun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Hadisənin səbəbi araşdırılır.

18:13

Xaçmazda 23 yaşlı gənc dənizdə batıb.

Bu barədə "Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Belə ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xaçmaz rayonunun Niyazoba kəndində, dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 3 km aralı, nəzarətsiz ərazi) 1999-cu il təvəllüdlü Aydəmirov Famil Habil oğlunun batması barədə məlumat daxil olub. FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi