Yuxarı

Xaçmazda 12 yaşlı şagirdə qarşı seksual hərəkətlər edən məktəb direktoru saxlanılıb - FOTO

Xaçmazda 12 yaşlı şagirdə qarşı seksual hərəkətlər edən məktəb direktoru saxlanılıb - FOTO

633

Faktla bağlı araşdırmalara başlanılıb
© Report

Xaçmaz. 1 noyabr. REPORT.AZ/ Xaçmaz rayonunda orta məktəbdə 12 yaşlı şagirdə qarşı  seksual hərəkətlər edən məktəb direktoru saxlanılıb. 

"Report"un Şimal bürosunun məlumatına görə, rayonun Arzu qəsəbə tam orta məktəbinin direktoru, 1955-ci il təvəllüdlü Gülfəz Alxasov saxlanılaraq rayon prokurorluğuna gətirilib. O, məktəbin 6-cı sinif şagirdinə qarşı etdiyi seksual hərəkətlərə görə 12 yaşlı qızın valideynləri tərəfindən polis və prokurorluğa edilən şikayət əsasında saxlanılıb. Hazırda rayon prokurorluğunda olan məktəb direktorunun dindirildiyi bildirilir. 

"Report"un Şimal bürosunun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, baş verən hadisə bağlı Cinayət Məcəlləsinin 153.3-cü maddəsi ilə cinayət işi başlanılıb.

Baş verən hadisə ilə bağlı məktəbdə təhsil alan şagirdlərin valideynləri direktorun işdən çıxarılması və məktəbli qıza qarşı etdiyi hərəkətlərə görə məsuliyyətə cəlb edilməsi tələbi ilə təhsil ocağına toplaşaraq etiraz aksiyası təşkil ediblər. 

Hadisə yerinə Rayon Təhsil Şöbəsinin (RTŞ) müdiri, Xaçmaz Rayon Polis Şöbəsinin rəis müavini və şöbənin əməkdaşları gəlib. 

Xaçmaz RTŞ-dən verilən məlumata görə, baş verən hadisə ilə bağlı yerli hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır: "Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi