Yuxarı
    Bağlamaq

    Xaçmazda bədbəxt hadisə nəticəsində ölən qadının ərinin ürəyi dayanıb

    O, xəstəxanaya aparılarkən yolda ölüb© Report

    Xaçmaz. 10 iyul. REPORT.AZ/ Xaçmaz rayonunda bədbəxt hadisə nəticəsində ölən qadının ərinin ürəyi dayanıb.

    "Report"un Şimal bürosunun məlumatına görə, ötən gün rayonun Müzəffəroba kəndinin sakini, 50 yaşlı Fatimə Novruzova həyətindəki gilas ağacından meyvə yığarkən yıxılıb. Nəticədə o, aldığı xəsarətdən hadisə yerindəcə ölüb.

    Bu gün isə qadının əri, 61 yaşlı Mahmud Lətif oğlıu Novruzovun ürəyi dayanıb. M.Novruzov xəstəxanaya aparılarkən yolda ölüb.

    Qeyd edək ki, M.Novruzov Su Nəqliyyatında Polis İdarəsinin keçmiş əməkdaşı olub.

    Faktla bağlı araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi