Xaçmaz xəstəxanası qardaşı tərəfindən güllələnən uşağın səhhəti barədə açıqlama verib - YENİLƏNİB

Xaçmaz xəstəxanası qardaşı tərəfindən güllələnən uşağın səhhəti barədə açıqlama verib - YENİLƏNİB Faktla bağlı araşdırma aparılır
Hadisə
235
14 Mart , 2018 11:26
Xaçmaz xəstəxanası qardaşı tərəfindən güllələnən uşağın səhhəti barədə açıqlama verib - YENİLƏNİB

Bakı. 14 mart. REPORT.AZ/ Xaçmaz rayonunda qardaşı tərəfindən güllələnən İlxıçı kənd sakini, 2005-ci il təvəllüdlü R.-nın vəziyyəti normaldır.

Bu barədə “Report”un Şimal bürosuna Xaçmaz Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. Bildirilib ki, uşağın sağ budun ön səthinin yuxarı üçdə birinin qırma yaralanması diaqnozu ilə xəstəxananın Travmatologiya şöbəsində müalicəsi davam etdirilir.


*** 10:06

Bakı. 14 mart. REPORT.AZ/ Xaçmaz rayonunda 10 yaşlı oğlan qardaşını güllələyib.

“Report” xəbər verir ki, hadisə rayonun İlxıçı kəndində qeydə alınıb.

Məlumata görə, E.Ş. evdə nəzarətsiz qalan tüfənglə ehtiyatsız davrandığından qardaşı R.-ya atəş açıb.

Azyaşlı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi