Xaçmaz sakinindən 2,8 kq heroin götürüldü

Xaçmaz sakinindən 2,8 kq heroin götürüldü Xaçmaz rayon sakinindən narkotik aşkarlanıb.
Hadisə
13 Fevral , 2020 12:57
Xaçmaz sakinindən 2,8 kq heroin götürüldü

Xaçmaz rayon sakinindən narkotik aşkarlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, İmişli Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının əldə edilən məlumat əsasında Çaxırlı kəndi ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xaçmaz rayon sakini V.Abbasovun idarə etdiyi “KİA” markalı avtomobil saxlanılıb.

Avtomobilə baxış zamanı oradan 2,8 kq heroin və 835 qram metamfetamin aşkar edilərək götürülüb.

Son xəbərlər

Orphus sistemi