Xaçmaz sakini xəsarət alıb

Xaçmaz sakini xəsarət alıb Xaçmaz sakininin xəsarət alması ilə bağlı cinayət işi başlanılıb.
Hadisə
4 May , 2020 11:50
Xaçmaz sakini xəsarət alıb
0 : 00
0 : 00

Xaçmaz sakininin xəsarət alması ilə bağlı cinayət işi başlanılıb.

“Report”un xəbərinə görə, mayın 4-ü saat 01:40 radələrində Xaçmaz rayon sakini Vüqar Şıxbalıyev qarının sol tərəfindən kəsilmiş-deşilmiş yarası, alkoqol sərxoşluğu diqanozu ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Daha sonra bu barədə Xaçmaz Rayon Polis İdarəsi və rayon Prokurğurluğuna məlumat daxil olub.

Aparılan ilkin araşdırma zamanı müəyyən edilib ki, V.Şıxbalayev ailə üzvləri tərəfindən yaşadığı evin yaxınlığındakı küçədə yaralı vəziyyətdə aşkar edilərək xəstəxanaya aparılıb. Həmin vaxt şüurun açıq olmasına baxmayaraq nə ailə üzvlərinə, nə də xəstəxananın həkimlərinə ona xəsarət yetirən şəxsin kim olması barədə məlumat verməyib və əməliyyat olduğundan dindirilməsi mümkün olmayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Son xəbərlər

Orphus sistemi