Yuxarı

Xaçmaz sakini qaçırdığı motosikletlə qəza törədərək ölüb

​Xaçmaz sakini qaçırdığı motosikletlə qəza törədərək ölüb

Xaçmaz rayonunda motosoklet ağaca çrıpılıb.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Yalama qəsəbəsi ərazisində baş verib.

Belə ki, Xudat şəhər sakini, 1998-ci il təvəllüdlü Samir Süleyman oğlu Muradov idarə etdiyi başqasına məxsus motosikletlə yol kənarındakı ağaca çırpılıb. Nəticədə, sürücü hadisə yerində ölüb.

Məlumata görə, S.Muradov motosikleti qaçırıb.

Faktla bağlı araşdırma aparılır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi