Xaçmaz polisi ticarət mərkəzlərində reydlər keçirir, maska taxmayanlar cərimələnir

Xaçmaz polisi ticarət mərkəzlərində reydlər keçirir, maska taxmayanlar cərimələnir Xaçmazda karantin rejiminə əməl edilməsi nəzarətdədir.
Hadisə
16 İyul , 2020 16:31
Xaçmaz polisi ticarət mərkəzlərində reydlər keçirir, maska taxmayanlar cərimələnir

Xaçmaz rayonunda karantin rejiminə əməl edilməsi nəzarətdədir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan "Report"a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları ölkəmizdə koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində rayon ərazisində mütəmadi olaraq qabaqlayıcı tədbirlər həyata keçirir, vətəndaşlarla profilaktik söhbətlər aparmaqla onlara xüsusi rejim qaydalarına riayət etməyə çağırırlar. 

Sakinlərdən təyin olunmuş qaydada icazə sistemi vasitəsi ilə icazə aldıqdan sonra hərəkət etməyi tələb edən şöbə əməkdaşları, hər kəsə “evdə qal” kampaniyasına qoşulmalarının zəruriliyini bildirirlər. Həmçinin elan olunmuş xüsusi karantin rejiminin tələblərinin icrası ilə əlaqədar rayon ərazisindəki pensiya və müavinətlərin verilməsi ilə bağlı bankomatların önündə yarana biləcək sıxlığı nəzərə alaraq polis əməkdaşları bu ərazilərə xüsusi olaraq nəzarət edir, sosial məsafənin qorunması üçün lazımi tədbirlər yerinə yetirirlər. 

Bundan əlavə, ticarət mərkəzlərində də reydlər keçirilir, tibbi maskadan istifadə etməyən şəxslər barədə inzibati qaydada tədbirlər görülür. 



 

Son xəbərlər

Orphus sistemi