Xaçmaz bazarında yanğın baş verib

Xaçmaz bazarında yanğın baş verib Nəticədə bir neçə obyekt yanaraq külə dönüb
Hadisə
23 İyul , 2017 13:35
Xaçmaz bazarında yanğın baş verib
Foto: Report.az

Xaçmaz. 23 iyul. REPORT.AZ/ Bu gün səhər saatlarında Xaçmaz şəhərinin 20 Yanvar və Mehdi Hüseynzadə küçələrinin kəsişməsində yerləşən bazarda yanğın baş verib.

"Report"un Şimal bürosu xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi gəlib.

Hadisə nəticəsində 3 obyektin damı və 5 köşk - üstüörtülü piştaxta daxil olmaqla, 100 kv.m sahə yanıb. İnsanlar hələ bazara gəlmədiklərindən, xəsarət alan olmayıb. Yarım saat ərzində yanğının başqa ərazilərə keçməsinin qarşısı alınıb. Yanğının başvermə səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi