Belə ki, rayonun Yaqub-oba kənd sakini Bihi Butayeva RPŞ-yə ərizə ilə müraciət edərək əri Cəbrayıl Butayevin onu və oğlu Rövşəni ov tüfəngi ilə öldürməklə hədələdiyini bildirib.
Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sərxoş halda olan C.Butayev saxlanılıb. Axtarış zamanı ondan müvafiq sənədləri olmayan ov tüfəngi də aşkar edilərək götürülüb. Hadisə ilə bağlı polis şöbəsində əməliyyat-istintaq tədbirləri davam etdirilir.