Məlumata görə, hadisə Yusif Səfərov küçəsində baş verib. Belə ki, "Mercedes" markalı avtomobilin naməlum sürücüsü Bakı şəhər sakini Ənvər Cəfərovun 100 manat pulunu xırdalamaq adı ilə alaraq oradan uzaqlaşıb. Keçirilən əməliyyat tədbirləri nəticəsində, soyğunçuluqda şübhəli bilinən, 1984-cü il təvəllüdlü Rəşad Əmrahov Xətai Rayon Polis İdarəsi 37-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub.
Faktla bağlı araşdırmalar davam edir.