Bakı. 9 sentyabr.REPORT.AZ/ Abşeron rayonunun Xırdalan şəhərində tikintisi başa çatmamış beşmərtəbəli yaşayış binasında partlayış hadisəsi ilə əlaqədar axtarış-xilasetmə işləri yekunlaşıb. Bu barədə Report-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Partlayış baş verən binanın uçan hissəsindən 8 yaşlı Aydan Abbasovanın meyiti çıxarılıb. Meyit aidiyyəti üzrə təhvil verilib. Bununla da partlayış baş verən binada ölənlərin sayı 3-ə çatıb. 9 nəfər isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Xatırladaq ki, avqustun 8-i səhər saatlarında Xırdalan şəhəri, 26-cı məhəllədə məcburi köçkünlərin məskunlaşdığı tikilməkdə olan 4 mərtəbəli binadakı mənzillərdən birində güclü partlayış baş verib. Nəticədə binanın bir hissəsinin 3 mərtəbəsi çöküb.