Mingəçevirdə 34 yaşlı kişi naməlum şəraitdə bıçaqlanıb

Mingəçevirdə 34 yaşlı kişi naməlum şəraitdə bıçaqlanıb Mingəçevir. 16 fevral. REPORT.AZ/ Mingəçevir şəhərində bıçaqlanma hadisəsi baş verib.
Hadisə
16 Fevral , 2019 07:59
Mingəçevirdə 34 yaşlı kişi naməlum şəraitdə bıçaqlanıb

Mingəçevir. 16 fevral. REPORT.AZ/ Mingəçevir şəhərində bıçaqlanma hadisəsi baş verib.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə Ərəş küçəsində qeydə alınıb.

Belə ki, 1984-cü il təvəllüdlü şəhər sakini Rəsulzadə Vüsal Yaşar oğlu naməlum şəraitdə bıçaqlanaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Hadisənin başvermə səbəbi və kim tərəfindən törədildiyi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Mingəçevir şəhərində yaşayış binasında yanğın olub.

Son xəbərlər

Orphus sistemi