Vüqar Səfərli cəzaçəkmə müəssisəsinə köçürülüb

Vüqar Səfərli cəzaçəkmə müəssisəsinə köçürülüb Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) həbsdə olan sabiq icraçı direktoru Vüqar Səfərli cəzaçəkmə müəssisəsinə köçürülüb.
Hadisə
23 may 2022 10:43
Vüqar Səfərli cəzaçəkmə müəssisəsinə köçürülüb
Vüqar Səfərli

Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) həbsdə olan sabiq icraçı direktoru Vüqar Səfərli saxlanıldığı Penitensiar Xidmətin Müalicə müəssisəsindən cəzaçəkmə müəssisəsinə köçürülüb.

"Report" xəbər verir ki, o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, V.Səfərli 2021-ci ilin yanvarında həbs edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı hökmü dəyişdirmədən qüvvədə saxlayıb.

Son xəbərlər

Orphus sistemi