“Vudtrade” MMC 16 min manat cərimə edilib

“Vudtrade” MMC 16 min manat cərimə edilib Maliyyə Bazarlarına Nəzarət Palatası “Vudtrade” MMC-nin barəsində inzibati protokol tərtib edib.
Hadisə
18 Yanvar , 2020 09:30
“Vudtrade” MMC 16 min manat cərimə edilib

Maliyyə Bazarlarına Nəzarət Palatası “Vudtrade” MMC-nin barəsində inzibati protokol tərtib edib.

"Report"un xəbərinə görə, Suraxanı Rayon Məhkəməsi protokola əsasən, şirkəti 581317,50 Rusiya rublu (təxminən, 16 min manat) cərimə edib.

Şirkət İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə təqsirli bilinib.

Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 oktyabr 2019-cu il qərarından şirkət tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Qeyd edək ki, ev mebellərinin layihələşdirilməsi, istehsalı və yığılması ilə məşğul olan “Mətbəx Aləmi” MMC-yə aid olan “Vudtrade” MMC əsasən MDF, DSP, taxta və digər bu kimi məhsulların idxalı və satışı ilə məşğul olur. 

Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatası Prezident İlham Əliyevin 28 noyabr 2019-cu il tarixli qərarı ilə ləğv edilib. Ancaq Palata protokolu ləğv olunmamışdan əvvəl tərtib edib. 

Son xəbərlər

Orphus sistemi