​"Vosmoy bazarı"nın ƏMDK-ya qarşı apellyasiya şikayəti üzrə məhkəmə başlayıb

​"Vosmoy bazarı"nın ƏMDK-ya qarşı apellyasiya şikayəti üzrə məhkəmə başlayıb Məhkəmənin növbəti iclası noyabrın 13-nə təyin edilib
Hadisə
10 Noyabr , 2015 16:23
​Vosmoy bazarının ƏMDK-ya qarşı apellyasiya şikayəti üzrə məhkəmə başlayıb

Bakı. 10 noyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində "Vosmoy bazarı" kimi tanınan "8-ci km Ticarət Mərkəzi" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Əmlak Məsələləri Dövlət Komitəsinə (ƏMDK) qarşı apellyasiya şikayəti üzrə məhkəmə işi başlayıb.

“Report”un məlumatına görə, işə hakim Səriyyə Seyidovanın sədrliyi ilə baxılır.

Məhkəmənin növbəti iclası noyabrın 13-nə təyin edilib.

Qeyd edək ki, bu il Ticarət Mərkəzi ƏMDK-nı məhkəməyə verib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən ASC məhkəmə qətnaməsinin sərəncama qədər olan vəziyyətdə qaytarılması haqqında tapşırığın yerinə yetirilməsi, aktların və şəhadətnamələrin qüvvədən salınması barədə tələb irəli sürüb. Məhkəmə iddianı mümkün saymayıb. Qərardan narazı qalan "8-ci km Ticarət Mərkəzi" ASC apellyasiya şikayəti verib. 

Son xəbərlər

Orphus sistemi