Bakı. 5 dekabr. REPORT.AZ/ Rusiyanın Volqoqrad Vilayəti üzrə İstintaq Komitəsi biznesmenin qaçırılması və onun azad olunması üçün 20 milyon rubl tələb edilməsi üzrə cinayət işinin istintaqını başa çatdırıb.
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, müttəhimlər - iki azərbaycanlı, eləcə də Tümen vilayəti və Dağıstan sakinləri olan digər şəxslər Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə - adam oğurluğu, qəsb, oğurluq və qanunsuz silah dövriyyəsi maddələri ilə ittiham olunur.
Qeyd olunur ki, bu cinayət qaçırılan biznesmenin azad olunması müqabilində 20 milyon rubl pul almaq məqsədilə planlaşdırılıb. Adam qaçırmağın motivi isə 2014-cü ildə baş vermiş məişət münaqişəsi olub.
Hazırda təqsirləndirilən şəxslər üzrə cinayət işinin istintaqı tamamlanıb və mahiyyəti üzrə baxılması üçün məhkəməyə təqdim edilib.