Yuxarı

Vnukovo gömrüyünün sabiq rəisi Azərbaycan və Türkiyə vətəndaşları ilə cinayət əlbirliyində şübhəli bilinir

Bu ölkənin vətəndaşları Rusiyaya qanunsuz yolla kommersiya yükləri gətirib

Bakı. 15 sentyabr. REPORT.AZ/ Moskvanın Vnukovo Hava Limanı gömrüyünün sabiq rəisi Yuri Şebunyayev Türkiyədən qaçaqmalçılıq ilə bağlı iş üzrə beynəlxalq axtarışa verilib. 

"Report" TASS-a istinadən xəbər verir ki, Y.Şebunyayev beynəlxalq axtarışa verilib. Gömrüyün üç əməkdaşı həbs olunub. 

İstintaqa görə, Azərbaycan və Türkiyə vətəndaşları Vnukovo gömrüyünün əməkdaşları ilə əlbir olaraq, qanunsuz yolla Türkiyədən Rusiyaya kommersiya yükləri gətirib. Həmin şəxslər yaşıl dəhliz adlanan yerdən keçib, hərçəndki, onlar da kommersiya yükü haqqında bildiriş verməli və bütün ödənişləri edərək, "qırmızı dəhlizdən" keçməli idi. Hər ay bu yolla 30 tona yaxın mal qanunsuz yolla keçirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi