VK bir vəkilin fəaliyyətini dayandırıb, ikisinə töhmət verib, daha birisi barəsindəki intizam icratına xitam verib - YENİLƏNİB-2

VK bir vəkilin fəaliyyətini dayandırıb, ikisinə töhmət verib, daha birisi barəsindəki intizam icratına xitam verib - YENİLƏNİB-2 Yalçin İmanovun Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsi ilə bağlı məhkəməyə müraciət ediləcək
Hadisə
20 Noyabr , 2017 19:19
VK bir vəkilin fəaliyyətini dayandırıb, ikisinə töhmət verib, daha birisi barəsindəki intizam icratına xitam verib - YENİLƏNİB-2

Bakı. 20 noyabr. REPORT.AZ/ Vəkillər Kollegiyası (VK) iki vəkilə töhmət verib.

Bu bardə "Report"a VK-nın Rəyasət Heyətinin üzvü İradə Cavadova bildirib.

Onun sözlərinə görə, qərar bu gün Kollegiyanın Rəyasət Heyətinin iclasında çıxarılıb.

İ.Cavadova bildirib ki, VK-nin Rəyasət Heyəti Naxçıvan Muxtar Respublikasından olan Həsən Hüseynov və Quba rayonundan olan vəkilə töhmət verilməsi barədə qərar verib: "Hər iki vəkilə haqlı olaraq qərar çıxarıldı. Çünkü onlar ciddi qanun pozuntuları etmişdi".

O qeyd edib ki, yaşla əlaqədar olaraq, 3 vəkil təltif edilib.

İ.Cavadova söyləyib ki, vəkilliyə sənədlərin qəbulu dayandırılıb: "Artıq sənədlər toplanıb və 1000-dən artıq Kollegiyaya sənəd daxil olub".


*** 18:47

Vəkillər Kollegiyası tanınmış vəkil Elçin Sadıqovun barəsində olan intizam icratına xitam verilib.

"Report"un xəbərinə görə, bu barədə qərar bu gün Kollegiyanın Rəyasət Heyətinin iclasında çıxarılıb.

Qərara əsasən, şikayət təsdiqini tapmayıb.

Qeyd edək ki, E.Sadıqov barəsində Vəkillər Kollegiyasına şikayəti Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi Rəşid Hüseynov edib.


*** 17:30

Vəkillər Kollegiyası tanınmış vəkil Yalçın İmanovun fəaliyyətini dayandırıb.

"Report"un xəbərinə görə, bu barədə qərar bu gün Kollegiyanın Rəyasət Heyətinin iclasında çıxarılıb.

Qərara əsasən, ona vəkillik fəaliyyəti ilə məşğul olmaq qadağan edilib.

Qərara əsasən, Y.İmanovun Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsi ilə bağlı məhkəməyə müraciət ediləcək və həmin vaxta qədər isə o, heç bir prosesə çıxa bilməz.

Qeyd edək ki, Y.İmanov barədə Vəkillər Kollegiyasına şikayəti Penitensiar Xidmətin rəhbərliyi edib.

Son xəbərlər

Orphus sistemi