Vitse-admiral Şahin Sultanov: "Mən bəraət almaq istəyirəm"

Vitse-admiral Şahin Sultanov: "Mən bəraət almaq istəyirəm" "Biz bu hökmlə razı deyilik"
Hadisə
17 Mart , 2017 18:10
Vitse-admiral Şahin Sultanov: Mən bəraət almaq istəyirəm
Report.az

Bakı. 17 mart. REPORT.AZ/ "Biz bu hökmlə razı deyilik".

"Report"un məlumatına görə, bunu Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanov deyib. 

O, ittihamlarla razı olmadığını söyləyib: "Biz sübut etdik ki, bunların hamısı yalandır. Ədliyyə Nazirliyinin ekspertiza rəyi də var ki, dövlətə ziyan vurulmayıb".

Ş.Sultanov hökmdən apellyasiya şikayəti verəcəyini söyləyib: "Mən bəraət almaq istəyirəm".

Qeyd edək ki, Ş.Sultanova bu gün Nəsimi rayon Məhkəməsinin inzibati binasında, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Ş.Sultanov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Ona 3 il sınaq müddəti olmaqla şərti cəza verilib.

Son xəbərlər

Orphus sistemi