​“Vinçestr”lə vurulan şəxs: “Cinayət işinin yenidən araşdırılmasını istəyirik”

​“Vinçestr”lə vurulan şəxs: “Cinayət işinin yenidən araşdırılmasını istəyirik” Məhkəmənin növbəti iclası iyunun 6-na təyin edilib
Hadisə
21 May , 2016 09:45
​“Vinçestr”lə vurulan şəxs: “Cinayət işinin yenidən araşdırılmasını istəyirik”

Bakı. 21 may. REPORT.AZ/ Suraxanı Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmaqda və odlu silahla hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Vəli İsa oğlu Əhmədovun cinayət işi üzrə məhkəməsi başlayıb.

“Report”un xəbərinə görə, hakim Ceyhun Qədirovun sədrliyi ilə keçirilən proesdə təqisləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası iyunun 6-na təyin edilib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) 2015-ci il oktyabr ayının 21-də yaydığı məlumatına görə, Bakıda cinayət hadisəsi törətməkdə şübhəli bilinən Rusiya vətəndaşı tutulub. Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində Rusiya Federasiyası vətəndaşı V.Əhmədov münaqişə zəminində tüfəngdən açdığı atəşlə qəsəbə sakini Sənan İsmayılova xəsarət yetirib. S.İsmayılov dərhal xəstəxanaya yerləşdirilib. Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V.Əhmədov tutulub. Hadisəni törədərkən onun istifadə etdiyi "Vinçestr" markalı tüfəng, 4 ədəd patron və 1 ədəd giliz götürülüb.

Zərərçəkmiş S.İsmayılov “Report”a bildirib ki, V.Əhmədov ötən ilin oktyabr ayının 20-də Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, döngə 6 ünvanında yerləşən boş sahədə karton qutularını yandırdığı üçün ona irad tutub: “Vəli Əhmədov heç bir əsaslı səbəb olmadan hadisə yerindən bir qədər aralıda yerləşən qardaşı Əhməd Əhmədova məxsus ərzaq mağazasının anbarına gedərək, oradan “Vinçestr” markalı tüfəngi götürüb, mənim yanıma gəldi. O, mənimlə təxminən 3-4 metr məsafədə üzbəüz dayandı. Bu zaman Vəli Əhmədov silahı mənə doğru tuşlayıb, atəş açdı. Nəticədə sağ qolumun yuxarı ətrafı və qarınımın ön divarı çoxsaylı odlu silah qırma yaraları aldı. Həmçinin, mil arteriyası və sinirin zədələnməsi, travma nəticəsində sağ əlin əhəmiyyətli nəzərə çarpan funksiya pozğunluğu, sağ əlin beşinci barmağının daraq sümüyü ilə birlikdə sıradan çıxıb”.

S.İsmayılov onu tüfənglə vuran qonşusu barəsində irəli sürülən ittihamların doğru olmadığını deyib: “Hadisədən sonra Vəli Əhmədov Suraxanı rayon prokurorluğunun sabiq müstəntiqi Kamran Sadıqov tərəfindən şübhəli şəxs qismində tutulub, oktyabrın 22-də ona Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd) maddəsi ilə ittiham elan edilib. Daha sonra Suraxanı Rayon Məhkəməsində onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Lakin sonradan Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) və 232.1-ci (odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama, yaxud hədə-qorxu ilə tələb etmə) maddələrinə töfsif olunub. Mən və hüquqlarımı müdafiə edən vəkil Bəxtiyar Hacıyev cinayət işinin ibtidai istintaqa qaytarılmasını və işin yenidən araşdırılmasını istəyirik”.

Son xəbərlər

Orphus sistemi