Xocalı DYP-yə yeni rəis təyin edildi

Xocalı DYP-yə yeni rəis təyin edildi Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.
Hadisə
16 Noyabr , 2020 15:54
Xocalı DYP-yə yeni rəis təyin edildi

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

“Report”un məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Xocalı Dövlət Yol Polisi (DYP) Bölməsinin rəisi, polis mayoru Rövşən Əkbərov təqaüdə göndərilib.

Nazirin digər əmri ilə onun yerinə rayon DYP bölməsinin inspektoru, polis kapitanı Nemət Məmmədov təyin edilib.

Son xəbərlər

Orphus sistemi