Vilayət Eyvazov polis şöbəsinin rəisini yüksək vəzifəyə təyin edib

Vilayət Eyvazov polis şöbəsinin rəisini yüksək vəzifəyə təyin edib Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 22-ci Polis Şöbəsinin (PŞ) rəisi Zaur Əliyev yüksək vəzifəyə təyin olunub.
Hadisə
368
16 Mart , 2022 11:01
Vilayət Eyvazov polis şöbəsinin rəisini yüksək vəzifəyə təyin edib

Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 22-ci Polis Şöbəsinin (PŞ) rəisi Zaur Əliyev yüksək vəzifəyə təyin olunub.

"Report"un əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Z.Əliyev rəis vəzifəsindən azad olunaraq Binəqədi RPİ-nin rəis müavini təyin edilib.

Qeyd edək ki, Z.Əliyev 2018-ci ildən Nəsimi RPİ-nin 22-ci PŞ-nin rəisi vəzifəsində çalışırdı.

Xatırladaq ki, Nəsimi RPİ-nin 22-ci PŞ-nin rəisi vəzifəsində Fəxrin Bektaşi təyin olunub.

Son xəbərlər

Orphus sistemi