Vilayət Eyvazov iki rayona yeni polis rəisləri təyin edib?

Vilayət Eyvazov iki rayona yeni polis rəisləri təyin edib? İddia olunur ki, Masallı və Tovuz rayonlarına yeni polis rəisləri təyin edilib.
Hadisə
4 Fevral , 2021 09:56
Vilayət Eyvazov iki rayona yeni polis rəisləri təyin edib?
Vilayət Eyvazov

İki rayona polis rəislərinin təyin olunması ilə bağlı məlumatlar yayılıb.

“Report” xəbər verir ki, yayılan məlumata görə, Masallı və Tovuz rayonlarına yeni polis rəisləri təyin edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti təyinatlardan heç birini təsdiqləməyib.

Qeyd edək ki, mətbuatda yayılan məlumatlara görə, Neftçala rayon polis şöbəsinin rəisi, polis polkovniki Vüsal Şəbəndəyev tutduğu vəzifədən azad edilərək Masallı rayon Polis Şöbəsinə rəis təyin edilib. Masallının sabiq polis rəisi Habil Əmiraslanov isə Tovuz rayon Polis Şöbəsinə rəis təyin edilib.

Son xəbərlər

Orphus sistemi