Vidadi Zeynalovun kassasiya şikayəti üzrə məhkəmə iclası təxirə salınıb

Vidadi Zeynalovun kassasiya şikayəti üzrə məhkəmə iclası təxirə salınıb Bakı. 19 oktyabr. REPORT.AZ/ Bu gün Ali Məhkəmədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) Aparatının sabiq rəhbəri Vidadi Zeynalov və digərlərinin barələrində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası baş tutmayıb.
Hadisə
19 Oktyabr , 2018 12:03
Vidadi Zeynalovun kassasiya şikayəti üzrə məhkəmə iclası təxirə salınıb
Report

Bakı. 19 oktyabr. REPORT.AZ/ Bu gün Ali Məhkəmədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) Aparatının sabiq rəhbəri Vidadi Zeynalov və digərlərinin barələrində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası baş tutmayıb.

"Report"un xəbərinə görə, hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən proses noyabrın 28-dək təxirə salınıb.

Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) Aparatının sabiq rəhbəri Vidadi Zeynalov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov və digərləri 2015-ci ilin noyabr ayında həbs edilib. Həmin şəxslərin əmlaklarının üzərinə həbs qoyulub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Zeynalovla B.Hüseynovun hər biri 13 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə V.Zeynalovun cəzası 4 ilə və B.Hüseynovun cəzası isə 7 il 6 aya endirilib.

Son xəbərlər

Orphus sistemi