Şamaxının rüşvətə görə həbs edilən icra nümayəndəsinin məhkəməsində zərərçəkmiş dindirilib

Şamaxının rüşvətə görə həbs edilən icra nümayəndəsinin məhkəməsində zərərçəkmiş dindirilib Bakı. 26 dekabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində Şamaxı rayon İcra Hakimiyyəti başçısının Şəhriyar qəsəbəsi üzrə icra nümayəndəsi vəzifəsində çalışmış Ağaqədir Osmanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
26 Dekabr , 2018 11:44
Şamaxının rüşvətə görə həbs edilən icra nümayəndəsinin məhkəməsində zərərçəkmiş dindirilib

Bakı. 26 dekabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində Şamaxı rayon İcra Hakimiyyəti başçısının Şəhriyar qəsəbəsi üzrə icra nümayəndəsi vəzifəsində çalışmış Ağaqədir Osmanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Rean Balatova ifadə verib.

O, təqsirləndirilən şəxsdən şikayətçi olmadığını deyib.

R.Balatova ifadəsində bildirib ki, ona məxsus olan torpaq sahəsini Şamaxı rayonunda torpaq alveri ilə məşğul olan şəxsə satıb: "Həmin vaxtdan xeyli müddət keçib. Buna görə də çox şey xatırlamıram. Torpağın bir hissəsini satıb, pulunu da almışdım. Bir müddət sonra qalan hissəsini 1300 dollara satmaq istədim. Mənim pulum tam ödənilib".

Məhkəmənin növbəti iclası 2019-cu ilin yanvarın 7-nə təyin edilib.

Qeyd edək ki, Şamaxı rayon İcra Hakimiyyəti başçısının Şəhriyar qəsəbəsi üzrə icra nümayəndəsi vəzifəsində çalışmış A.Osmanov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət vermə), 178-ci (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Zərərçəkmiş qismində 3 nəfər - Rean Bulut qızı Balatova, Gülqız Bədəl qızı Həmidova və Əmir Sehrab oğlu Bəkirov tanınır.

Son xəbərlər

Orphus sistemi