Vəzifə saxtakarlığına görə həbs edilmiş baş mühasib Ali Məhkəməyə müraciət edib

Vəzifə saxtakarlığına görə həbs edilmiş baş mühasib Ali Məhkəməyə müraciət edib İşə hakim İnqilab Nəsirovun sədrliyi ilə baxılacaq
Hadisə
1 İyun , 2016 16:34
Vəzifə saxtakarlığına görə həbs edilmiş baş mühasib Ali Məhkəməyə müraciət edib

Bakı. 1 iyun. REPORT.AZ/ Mənimsəmədə və vəzifə saxtakarlığında təqsirləndirilən Leyla Əli qızı Tahirova barəsində olan hökmdən kassasiya şikayəti verib.

“Report”un məlumatına görə, Ali Məhkəmədə keçiirləcək iclas iyunun 2-nə təyin edilib.

İşə hakim İnqilab Nəsirovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, L.Tahirova “Kervitaş Qida Sənaye və Ticarət Anonim” şirkətinin baş mühasibi vəzifəsində işləyib. O, işlədiyi müddətdə külli miqdarda pul vəsaitini mənimsəməkdə təqsirli bilinib.

L.Tahirova Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəmənin hökmü L.Tahirova 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi L.Tahirovanın apellyasiya şikayətini təmin etməyib və birinci instansiya məhkəməsinin çıxardığı hökmü qüvvədə saxlayıb. O, həmin qərardan kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

Son xəbərlər

Orphus sistemi