​Vətəndaşların külli miqdarda vəsaitini ələ keçirən dəstə üzvünün apellyasiya şikayəti təmin edilməyib

​Vətəndaşların külli miqdarda vəsaitini ələ keçirən dəstə üzvünün apellyasiya şikayəti təmin edilməyib Binəqədi Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb
Hadisə
12 Mart , 2016 11:53
​Vətəndaşların külli miqdarda vəsaitini ələ keçirən dəstə üzvünün apellyasiya şikayəti təmin edilməyib

Bakı. 12 mart. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində vətəndaşların etibarından sui-istifadə etməkdə təqsirləndirilərək tutulan Babayev Fariz Müştaba oğlu barəsində Binəqədi Rayon Məhkəməsinin çıxardığı həbs qərarının dəyişdirilməsi ilə bağlı verilən apellyasiya şikayəti üzrə məhkəmə keçirilib.

"Report"un məlumatına görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə apellyasiya şikayəti təmin edilməyib. Binəqədi Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Xatırladaq ki, F.Babayev barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə Binəqədi Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə müraciəti təmin etməyib. Qərardan narazı qalan F.Babayev apellyasiya şikayəti verib.

Qeyd edək ki, 2015-ci il yanvar ayının 29-da Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, "Azər Mühafizə" MMC və "Qala BTX" MMC adlı özəl mühafizə şirkətlərinin vəzifəli şəxsləri ayrı-ayrı vətəndaşların etibarından sui-istifadə edərək onların külli miqdarda vəsaitini ələ keçiriblər. Aparılan araşdırmalarla müəyyən olunub ki, "General" MMC, daha sonra "Azər Mühafizə" MMC və "Qala BTX" MMC adlı özəl mühafizə şirkətlərinin direktoru Vüqar Hüseynov adları çəkilən qurumların vəzifəli şəxsləri Mirabtalıb Cəfərov, Kamil Bayramov, Aydın Həsənov, Fariz Babayev və başqalarından ibarət mütəşəkkil dəstə yaradıb. Dəstə üzvləri 2013-2014-cü illər ərzində mühafizəçi və başqa vəzifələrə qəbul olunmaları üçün ayrı-ayrı vətəndaşları aldadaraq depozitə pul qoymalarına inandırıb, sonra taladıqları vəsaitin bir qismini əmək haqqı kimi onlara qaytararaq digərlərinin də bu adla daha çox pul ödəmələrinə nail olublar. Beləliklə də həmin şəxslər paytaxtda, respublikanın digər şəhər və rayonlarında vətəndaşlara qarşı dələduzluq ediblər.

Həmin faktlar üzrə cinayət işi başlanılıb, V.Hüseynov, M.Cəfərov, K.Bayramov, A.Həsənov və F.Babayev barələrində həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi